• Bakı C

    4.68 m/s

  • USD - 1.7

    EUR - 1.7739

    RUB - 1.7487

Prezident bu Qanuna dəyişikliyi təsdiqlədi

SİYASƏT

28 Yanvar 2025 | 16:28

Prezident bu Qanuna dəyişikliyi təsdiqlədi

Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri işə qəbuldan imtinanın səbəblərini açıqlamayacaq.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” qanuna dəyişikliyi təsdiqləyib.

Əsas məqsəd həmin subyektlərdə fəaliyyət istiqamətlərinə uyğun olaraq konfidensiallığın qorunub saxlanılmasıdır.

Daha bir dəyişikliklə kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşlarının bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə Azərbaycanın kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hüquqlarının genişləndirilərək xarici dövlətlərin xüsusi xidmət və hüquq mühafizə orqanları ilə müvafiq proqramlar çərçivəsində kadrların hazırlanması, təkmilləşdirilməsi və ixtisaslarının artırılması sahəsində də əməkdaşlığın həyata keçirilməsi nəzərdə tutulur.


SON XƏBƏRLƏR

29 Yanvar 2025