• Bakı C

    7.22 m/s

  • USD - 1.7

    EUR - 1.7724

    RUB - 1.6318

Sosial Xidmətlər Agentliyinin reabilitasiya müəssisəsinə infotur təşkil edilib

CƏMİYYƏT

28 Dekabr 2024 | 18:05

Sosial Xidmətlər Agentliyinin reabilitasiya müəssisəsinə infotur təşkil edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinə vətəndaş cəmiyyəti institutları nümayəndələrinin infoturu təşkil edilib.

Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Bakıvaxtı.az-a verilən məlumata görə, tədbir müəssisədə göstərilən sosial xidmətlər barədə məlumat vermək, həmçinin QHT-lərin bu sahə ilə bağlı rəy və təkliflərini öyrənmək məqsədi daşıyıb.

Agentliyin İdarə Heyətinin sədrinin müavini Faiq Ağayev müəssisənin fəaliyyət istiqamətləri, sakinlərə göstərilən sosial-reabilitasiya xidmətləri, şöbələrin iş prinsipi, göstərilən xidmətlərin formaları, müəssisəyə qəbul qaydaları barədə ətraflı məlumat verib, iştirakçıları həmin xidmətlərlə əyani tanış edib.

Müəssisəyə qəbul olunanlar burada sosial-məişət, sosial-hüquqi xidmətlərlə yanaşı, günlük olaraq qida normaları əsasında yemək, qəlyanaltı, yaşayış yeri və geyimlə təmin edilirlər.

İnfotur iştirakçılarını maraqlandıran suallar da cavablandırılıb, onların rəy və təklifləri dinlənilib.


SON XƏBƏRLƏR