Xorvatiyada 3,7 milyon qeydiyyatdan keçmiş seçici növbəti 5 ildə vəzifəsini icra edəcək yeni prezidenti müəyyən etmək üçün səs verməyə başlayıb.
Bakıvaxtı.az bu barədə xarici KİV-ə istinadla xəbər verir.
Bildirilib ki, Avropa İttifaqı (Aİ) və NATO üzvü olan Xorvatiyada 8-ci dəfə keçirilən 8-ci prezident seçkilərində insanlar yerli vaxtla saat 07.00-19.00 arasında seçki məntəqələrinə gedərək səslərini verəcəklər.
Əsas namizədlər hazırkı prezident Zoran Milanoviç və onun əsas rəqibi, Xorvatiya Demokratik Birlik partiyasının dəstəklədiyi müstəqil namizəd Draqan Primoracdır.
Seçkilərdə iştirak edən digər namizədlər arasında Miro Bul (Most partiyası), Tomislav Yoniç (müstəqil), İvana Kekin (sol partiya lideri), Branka Lozo (DOMiNO partiyasının sədr müavini), Mariya Selak Raspudiç və Niko Tokiç Kartelo (hər biri müstəqil namizəd) yer alır.
Qeyd edilib ki, seçkilərin ilk qeyri-rəsmi nəticələrinin gecə yarısına qədər açıqlanması gözlənilir.
Nuriyyə Musayeva