Məşhur müğənni və aktrisa Selena Qomez ABŞ Prezidenti Donald Trampın miqrantlara qarşı sərt siyasətinə etiraz edərək duyğularına hakim ola bilməyib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə o öz sosial şəbəkə hesabında paylaşım edib.
O, paylaşımında qeyd edib:
“Baş verənlərə inanmaq çox çətindir. Xalqım təhlükə altındadır və heç nə edə bilməməyim məni məhv edir”.
Meksika əsilli ulduz gələn tənqidlərdən sonra paylaşımını silib.
Nuriyyə Musayeva