• Bakı 17° C

    1.41 m/s

  • USD - 1.7

    EUR - 1.9272

    RUB - 2.0463

Pişik böyüklüyündə siçan istilası

DÜNYA

27 Fevral 2025 | 10:34

Pişik böyüklüyündə siçan istilası

İngiltərədə siçanların sayında kəskin artım müşahidə olunur.

Bakıvaxtı.az
bu barədə xarici KİV-ə istinadla xəbər verir.

Məlumata görə, sakinlər bəzi siçanların pişik böyüklüyündə olduğunu və avtomobillərin kabellərini gəmirərək ziyan vurduğunu bildirirlər.

Bölgə sakinlərindən Kim Blakeman "Siçanlar demək olar ki, pişik ölçüsündədir və geri dönüşüm qutularına rahatlıqla girirlər", – deyə narahatlığını ifadə edib.

Birmingem Şəhər Şurası 2024-cü ildə siçan nəzarəti üçün 24 funt sterlinq xidmət haqqı tətbiq etsə də, tullantıların vaxtında toplanmaması vəziyyəti daha da pisləşdirib. Müəllim Mariya Malik avtomobillərin zərər gördüyünü bildirərək "Maşınımızın kabellərini gəmiriblər və təmir üçün 120 funt xərcləməli olduq", – deyib.

Rəsmilər tullantıların həftədə ən azı bir dəfə toplandığını və problemin həlli üçün tədbirlərin davam etdiyini açıqlayıblar, lakin siçan istilasının nə vaxt sona çatacağı hələ bilinmir.

Nuriyyə Musayeva


SON XƏBƏRLƏR