• Bakı 12° C

    3.29 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

HƏMAS atəşkəs üçün bir neçə girovu azad edəcək

DÜNYA

29 Mart 2025 | 10:18

HƏMAS atəşkəs üçün bir neçə girovu azad edəcək

HƏMAS Qəzza zolağında İd əl-Fitr bayramı müddətində atəşkəs üçün bir neçə girovu azad edə bilər.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə İsrailin “Kan” dövlət televiziya və radio şirkəti məlumat yayıb.

Mənbələrin məlumatına görə, HƏMAS İd əl-Fitr bayramı zamanı atəşkəs müqabilində bir neçə girovu, o cümlədən ABŞ vətəndaşlığı olan İsrail əsgəri İdan Aleksanderi azad etməyə hazırdır.

Bildirilib ki, fələstinlilərin Qəzzada HƏMAS-ın idarəçiliyinə qarşı keçirdikləri etirazları yatırmaq üçün radikallara bir neçə günlük atəşkəs lazımdır.

Xatırladaq ki, Ramazan ayında ərəb ölkələrində orucluq pəhrizi bitdikdən sonra İd əl-Fitr bayramını qeyd edirlər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026