• Bakı 11° C

    13.08 m/s

  • USD - 1.7

    EUR - 1.9335

    RUB - 2.0591

ABŞ ordusundan Yəmənə növbəti zərbə: Ölənlər və yaralılar var

DÜNYA

28 Aprel 2025 | 09:01

ABŞ ordusundan Yəmənə növbəti zərbə: Ölənlər və yaralılar var

ABŞ ordusu növbəti dəfə Yəməni hədəfə alıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Yəməndə İranın dəstəklədiyi husilərə bağlı media orqanı olan Al Masirah TV-nin məlumat yayıb.

ABŞ ordusu paytaxt Sənanın şimalındakı Bəni əl-Haris bölgəsinə hava hücumu həyata keçirib. 3 evin vurulması nəticəsində ən azı 8 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.

ABŞ prezidenti Donald Tramp martın 15-də bəyan edib ki, o, ABŞ ordusuna Yəməndə İranın dəstəklədiyi husilərə qarşı irimiqyaslı hücuma başlamaq əmri verib. Bunun ardınca ABŞ Mərkəzi Komandanlığı Yəmənin müxtəlif bölgələrində husilərin hədəflərinə hava zərbələri endirməyə başlayıb. Cavab olaraq ABŞ gəmilərini və pilotsuz təyyarələrini hədəfə alan husilər də İsrailə raket hücumlarını davam etdirib.

Murad Məmmədli


SON XƏBƏRLƏR