Myanmada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 1000-i ötüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası Myanma KİV-lərinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, Myanma hərbi xuntasının lideri baş general Min Aunq Hlaynq Mandalaya gedib. Ona şəhərdəki vəziyyət barədə məlumat verilib. Ona 1002 nəfərin öldüyü, daha 2 min 376 nəfərin yaralandığı bildirilib.
***
09:05
Myanmada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 800-ü keçib.
Bakıvaxtı.az xəbər verir ki, bu haqda “Myanmar Now” portalı məlumat yayıb.
***
09:00
Myanmada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 694 nəfərə çatıb.
Bakıvaxtı.az xəbər verir ki, bu haqda “France-Presse” agentliyi məlumat verib.
Məlumata görə zəlzələ nəticəsində yaralananların sayı isə 1670 nəfərə çatıb.