• Bakı 23° C

    4.01 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Türkiyədə xüsusi əməliyyat - 100 nəfər saxlanıldı

DÜNYA

28 Yanvar 2025 | 10:22

Türkiyədə xüsusi əməliyyat - 100 nəfər saxlanıldı

Türkiyədə xüsusi əməliyyat zamanı İŞİD terror təşkilatının üzvü olmaqda şübhəli bilinən təxminən 100 nəfər saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.

Nazirin sözlərinə görə, əməliyyat bir həftə ərzində İstanbul və Ankara da daxil olmaqla ölkənin 24 vilayətində keçirilib.

Saxlanılanlar İŞİD sıralarında döyüş əməliyyatlarında iştirakda, qruplaşmanın maliyyələşdirilməsində, həmçinin sosial şəbəkələr vasitəsilə terrorun təbliğində şübhəli bilinirlər. Əməliyyat zamanı çoxsaylı sənədlər və rəqəmsal materiallar da müsadirə edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Sentyabr 2026