• Bakı 10° C

    1.09 m/s

  • USD - 1.7

    EUR - 1.7724

    RUB - 1.6318

"103" bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

CƏMİYYƏT

29 Dekabr 2024 | 14:36

103 bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə əlaqədar qeyri-iş günlərində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Bu barədə Bakıvaxtı.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.

Məlumata görə, qeyri-iş günlərində xidməti nəzarətdə saxlamaq üçün məsul şəxslərdən ibarət növbətçilik yaradılacaq, həkim briqadalarının sayı xidməti ştata uyğun təşkil olunacaq.

"Bakı şəhərində 140 civarında təcili tibbi yardım briqadası, 61 region üzrə isə 270-ə yaxın briqada xidmətə hazır vəziyyətdə gətirilib. Onlar tibbi ləvazimatlarla, dərman preparatları və s. ilə tam təmin edilib.

Yeni il ilə əlaqədar qeyri-iş günlərində həm xarici ölkələrdən, həm də bölgələrdən xüsusilə Bakı şəhərinə gələn qonaqların sayında artım müşahidə olunduğu üçün təchizat və təminat buna uyğun təşkil olunacaq.

Məsul şəxslər tərəfindən təcili tibbi yardım xidmətinin fəaliyyətinə nəzarət tədbirləri tətbiq olunacaq.

Bundan əlavə, bayram günləri ərzində TƏBİB-in tabeli tibb müəssisələrinin stasionar, təcili və təxirəsalınmaz tibbi yardım şöbələri fəaliyyətlərini təsdiqlənmiş növbətçilik cədvəllərinə uyğun olaraq həyata keçirəcək", - məlumatda bildirilib.


SON XƏBƏRLƏR

31 Dekabr 2024