• Bakı 10° C

    1.09 m/s

  • USD - 1.7

    EUR - 1.7724

    RUB - 1.6318

Təmkinli olmalı, dezinformasiyalara aldanmamalıyıq - AÇIQLAMA

SİYASƏT

29 Dekabr 2024 | 10:26

Təmkinli olmalı, dezinformasiyalara aldanmamalıyıq - AÇIQLAMA

"Təyyarə qəzası xalqımızın həmrəy və müdrik olduğunu göstərdi. Ölkə rəhbərinin çevik reaksiyası bir daha bizi əmin etdi ki, qəzanın nəticələri tez zamanda aradan qaldırılacaq".

Bu sözləri deputat Tural Gəncəliyev Bakıvaxtı.az-a açıqlamasında deyib.

Parlament üzvü vurğulayıb ki, beynəlxalq statistikaya görə, hər il dünyada itkilərlə nəticələnən yüzlərlə təyyarə qəzaları baş verir:

"Heç kim belə qəzalardan sığortalanmayıb. Hətta inkişaf etmiş ölkələrin, Qərb dövlətlərinin aviaşirkətləri də bu statistikada öndə gəlirlər. Əsas məsələ dövlət olaraq, rəhbərlik və xalq olaraq bu məsələyə yanaşmamızdır. Rusiyaya səfər etməkdə olan prezidentin hadisə barədə məlumat alan kimi dərhal geri dönməsi, müvafiq tapşırıq və təlimatların verilməsi, operativ qərargahın yaradılması, hava limanında müşavirənin keçirilməsi, komissiyanın yaradılması və s. tədbirlər məsələyə yüksək diqqət göstərilməsindən xəbər verir. Təbii ki, təmkinli olmalıyıq, ilkin araşdırmaların nəticələrini, qara qutunun deşifrə olunmasını gözləmələyik, dezinformasiyalara aldanmamalıyıq. Xalqımız hər zaman faciələrdən, məşəqqətlərdən alnı açıq çıxıb".

Deputat qeyd edib ki, qardaş Qazaxıstanla yüksək müttəfiqlik münasibətlərimiz bir daha öz sübutunu tapdı.

Tural Gəncəliyev: Xalqımız hər zaman faciələrdən, məşəqqətlərdən alnı açıq çıxıb

Onun sözlərinə görə, belə çətin vəziyyətdə qardaş və dost müttəfiq ölkələrin dəstək ifadə etməsi, yardım təklifi Azərbaycanın və onun liderinin nüfuzunun göstəricisidir:

“O cümlədən, Braziliyanın da komissiyanın işində iştirakı təqdirəlayiqdir. Braziliya son vaxtlar Azərbaycanla xüsusi münasibətlər quran, əlaqələri gündən-günə inkişaf etdirən bir ölkədir. Bu həm də Braziliya ilə sırf fövqəladə hallar zamanı əməkdaşlıq etmək imkanımızı, qabiliyyətimizi göstərir. Xatırladım ki, COP29 tədbirinə ən böyük nümayəndə heyəti ilə qatılmış ölkələrdən biri də məhz Braziliya idi".

Aydın Baxış


SON XƏBƏRLƏR

31 Dekabr 2024