• Bakı 5° C

    1.63 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Həlak olan ekipaj üzvləri ilə vida mərasimi başa çatdı - FOTO - VİDEO - YENİLƏNİB

HADİSƏ

29 Dekabr 2024 | 12:20

Həlak olan ekipaj üzvləri ilə vida mərasimi başa çatdı - FOTO - VİDEO - YENİLƏNİB

Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-Qroznı reysini yerinə yetirən “Embraer-190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvləri ilə vida mərasimi başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, həlak olan üç ekipaj üzvü - gəmi komandiri İqor Kşnyakin, pilot Aleksandr Kalyaninov və stüardessa Hökümə Əliyevanın cənazələri dəfn olunmaq üçün II Fəxri xiyabana aparılıb.

***

11:07

Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-Qroznı reysini yerinə yetirən “Embraer-190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvləri ilə vida mərasimi başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra həlak olan üç ekipaj üzvü - gəmi komandiri İqor Kşnyakin, pilot Aleksandr Kalyaninov və stüardessa Hökümə Əliyevanın xatirəsi birdəqiqəlik sükutla anılıb.

***

10:12

“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olan 3 ekipaj üzvünün (pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və təyyarə bələdçisi Hökümə Əliyeva) cənazələri vida mərasimi üçün Bakının Heydər Əliyev Beynəlxalq Aeroportuna gətirilib.

Bakıvaxtı.az “Trend”ə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 10:00-da İqor Kşnyakin, Aleksandr Kalyaninov və Hökümə Əliyeva ilə vida mərasimi başlayacaq.

Xatırladaq ki, bu gecə “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olan 3 ekipaj üzvünün (pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və təyyarə bələdçisi Hökümə Əliyeva) və 21 sərnişinin nəşləri Bakıya gətirilib.

Qeyd edək ki, daha öncə bu qəzada həlak olan 4 nəfərin nəşi və yaralanan 14 nəfər Bakıya gətirilib.

Xatırladaq ki, dekabrın 25-i Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.

Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.


Həlak olan ekipaj üzvləri ilə vida mərasimi başa çatdı - FOTO - VİDEO - YENİLƏNİBHəlak olan ekipaj üzvləri ilə vida mərasimi başa çatdı - FOTO - VİDEO - YENİLƏNİBHəlak olan ekipaj üzvləri ilə vida mərasimi başa çatdı - FOTO - VİDEO - YENİLƏNİBHəlak olan ekipaj üzvləri ilə vida mərasimi başa çatdı - FOTO - VİDEO - YENİLƏNİBHəlak olan ekipaj üzvləri ilə vida mərasimi başa çatdı - FOTO - VİDEO - YENİLƏNİBHəlak olan ekipaj üzvləri ilə vida mərasimi başa çatdı - FOTO - VİDEO - YENİLƏNİBHəlak olan ekipaj üzvləri ilə vida mərasimi başa çatdı - FOTO - VİDEO - YENİLƏNİBHəlak olan ekipaj üzvləri ilə vida mərasimi başa çatdı - FOTO - VİDEO - YENİLƏNİBHəlak olan ekipaj üzvləri ilə vida mərasimi başa çatdı - FOTO - VİDEO - YENİLƏNİBHəlak olan ekipaj üzvləri ilə vida mərasimi başa çatdı - FOTO - VİDEO - YENİLƏNİBHəlak olan ekipaj üzvləri ilə vida mərasimi başa çatdı - FOTO - VİDEO - YENİLƏNİBHəlak olan ekipaj üzvləri ilə vida mərasimi başa çatdı - FOTO - VİDEO - YENİLƏNİBHəlak olan ekipaj üzvləri ilə vida mərasimi başa çatdı - FOTO - VİDEO - YENİLƏNİBHəlak olan ekipaj üzvləri ilə vida mərasimi başa çatdı - FOTO - VİDEO - YENİLƏNİBHəlak olan ekipaj üzvləri ilə vida mərasimi başa çatdı - FOTO - VİDEO - YENİLƏNİB
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR