• Bakı 12° C

    4.75 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Elşən Kərimova HÖKM OXUNDU

HADİSƏ

28 Yanvar 2025 | 11:12

Elşən Kərimova HÖKM OXUNDU

Hakimiyyətin zorla ələ keçirilməsinə yönələn açıq çağırışlar etməkdə təqsirləndirilən Elşən Kərimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb.

Prokuror çıxış edərək Elşən Kərimovun 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Daha sonra vəkil Zibeydə Sadıqova müdafiə çıxışı edib. O, müvəkkilinə yüngül cəza verilməsini xahiş edib.

Məhkəmədə hökm oxunub. Hökmə əsasən, Elşən Kərimov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Elşən Kərimov ötən il aprelin 17-də Yevlax rayonunun Rüstəmli kəndində saxlanılıb. Onun barəsində Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 281.1 (Hakimiyyətin zorla ələ keçirilməsinə yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma) maddəsi ilə cinayət işi başlanılıb. Aprelin 19-da Binəqədi Rayon Məhkəməsi onun barəsində üç aylıq həbs qətimkan tədbiri seçib.


SON XƏBƏRLƏR

18 Aprel 2025