• Bakı 25° C

    7.43 m/s

  • USD - 1.7

    EUR - 1.9496

    RUB - 2.1656

"OBA" marketdə PARTLAYIŞ: Xəsarət alanlar var - VİDEO - YENİLƏNİB

HADİSƏ

27 Fevral 2025 | 10:34

OBA marketdə PARTLAYIŞ: Xəsarət alanlar var - VİDEO - YENİLƏNİB

Binədə "OBA" marketdə baş verən partlayışda xəsarət alanların sayı 3-ə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "OBA" məlumat yayıb.

Bildirilib ki, bu gün səhər saatlarında Binə qəsəbəsindəki fərdi yaşayış evinin birinci mərtəbəsində "Oba" marketlər şəbəkəsi tərəfindən icarəyə götürülən "Binə 3" mağazasında partlayış baş verib:

"Hadisə nəticəsində iki əməkdaşımız və mağazanın yaxınlığından keçən bir vətəndaş xəsarət alaraq xəstəxanaya yerləşdirilib, onların vəziyyəti qənaətbəxşdir. Hazırda marketlər şəbəkəsinin aidiyyəti struktur rəhbərləri xəsarət alanların yanındadırlar, onların sağlamlıqlarının bərpası üçün bütün vacib addımlar atılmaqdadır".

Xəbərdə qeyd olunub ki,  "OBA" marketlər şəbəkəsinin heç bir mağazasında təbii qaz təsərrüfatına aid olan avadanlıqdan istifadə edilmir:

"Partlayışın hansı səbəbdən baş verməsi ilə bağlı daha dəqiq məlumat aidiyyəti dövlət qurumlarının rəsmi rəyindən sonra məlum olacaq".

***

09:54

Xəzər rayonu, Binə qəsəbəsində yanğın baş verməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə məlumat daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Qeyd edilib ki, hadisə yerinə FHN-in DYMX-nin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın tam söndürülüb və yayılmasının qarşısı alınıb.

***

09:24

Fövqəladə Hallar Nazirliyi Binədə marketdə baş verən partlayışla bağlı məlumat yayıb.

Bu barədə Bakıvaxtı.az-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, bu gün saat 07:10-da FHN-in 112 qaynat xəttinə Xəzər rayonunun Binə qəsəbəsi ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub:

"Dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğın tam söndürülüb".

****

08:48

Bu gün səhər saat 06:45 radələrində "OBA" marketlər şəbəkəsinin "Binə 3" filialında partlayış baş verib.

Bakıvaxtı.az xəbər verir ki. bu barədə “OBA” marketlər şəbəkəsinin korporativ kommunikasiya bölməsinin müdiri Ülkər Qasımova bildirib.

İlkin ehtimala görə, partlayışın qazsızmadan baş verdiyi bildirilir.

Onun sözlərinə görə, hadisə nəticəsində "OBA"nın qeyd olunan mağazasında çalışan iki əməkdaşı xəsarət alıb.

Hazırda hadisənin təfərrüatları araşdırılır.

Daha ətraflı məlumat veriləcək.

 


SON XƏBƏRLƏR

19 Iyun 2025