11 gün əvvəl qəza zamanı xəsarət alan qadın ölüb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə 11 gün öncə Cəlilabad rayonunun Uzuntəpə kəndində baş verib.
Belə ki, Qafil Əliyev idarə etdiyi avtomobil ilə hərəkətdə olan zaman idarəetməni itirib. Nəticədə avtomobilin aşaraq yol kənarından keçən su kanalına düşməsi nəticəsində avtomobildə olan sərnişin Kitabə Mirzəyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Sərnişin xəstəxanaya yerləşdirilsə də, o, dünən müalicə aldığı Cəlilabad RMX-da ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.