• Bakı 24° C

    4.93 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Bakıda hərbi sursat aşkar edildi

HADİSƏ

28 Mart 2025 | 12:45

Bakıda hərbi sursat aşkar edildi

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonu, Süleyman Vəzirov küçəsində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.

Bu barədə Bakıvaxtı.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

    Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı partladıcısı ilə birgə 2 ədəd F-1 əl qumbarası olduğu müəyyən edilib.

    Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

    Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.


    Bakıda hərbi sursat aşkar edildiBakıda hərbi sursat aşkar edildi
    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    12 Sentyabr 2026