• Bakı 24° C

    4.07 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Qadın öz dəfnindən əvvəl "dirildi"

HADİSƏ

29 Mart 2025 | 09:18

Qadın öz dəfnindən əvvəl "dirildi"

Rusiyanın Dağıstan Respublikasında qadın öz dəfnindən əvvəl oyanıb.

Bakıvaxtı.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Tut Dagestan" "Telegram" kanalı məlumat verib.

Məlumata görə, qadın özünü pis hiss edib və huşunu itirib, yaxınları isə onun öldüyünü düşünüb. Lakin o, yuma mərasimi zamanı qəfildən gözlərini açıb.

Qadın xəstəxanaya yerləşdirilib. Həkimlər ona "Lazar sindromu" diaqnozu qoyublar ki, bu, ürəyin dayanmasından sonra qan dövranının özlüyündən bərpa olunduğu nadir haldır. Bu fenomenin adı Lazarın dirilməsi ilə bağlı "Bibliya" hekayəsindən qaynaqlanır.

Lakin ilkin diaqnoza baxmayaraq, hələlik bu hadisənin rəsmi təsdiqi yoxdur.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026