• Bakı 15° C

    5.56 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Traktorla avtomobil toqquşdu - Yaralı var

HADİSƏ

28 Mart 2025 | 20:40

Traktorla avtomobil toqquşdu - Yaralı var

Beyləqan rayonu ərazisində traktor və minik avtomobilinin toqquşması ilə nəticələnən yol qəzası olub.

Bakıvaxtı.az xəbər verir ki, hadisə saat 18 radələrində Beyləqan-Daşburun avtomobil yolunun Əlinəzərli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Niva" markalı avtomobil traktorla toqquşub. Hadisə nəticəsində xəsarət alan şəxs Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxana məlumatı təsdiqləyib. Bildirilib ki, 1944-cü il təvəllüdlü şəxsə bazu sümüyünün aşağı ucunun mil-dirsək sümüyünün yerdəyişmiş açıq sınığı diaqnozu təyin edilib. Vətəndaş müayinə və müalicədən imtina edərək yaxınları tərəfindən paytaxtdakı özəl tibb müəssisələrinin birinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR

30 Mart 2025