• Bakı 19° C

    4.9 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Həyat yoldaşını öldürməyə cəhddə təqsirləndirilən şəxsə hökm oxunub

HADİSƏ

28 Mart 2025 | 14:26

Həyat yoldaşını öldürməyə cəhddə təqsirləndirilən şəxsə hökm oxunub

Gəncədə həyat yoldaşını öldürməyə cəhddə təqsirləndirilən Zaur Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Abdulla Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Hökmə əsasən, təqsirləndirilən Zaur Süleymanov 14 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

    Zaur Süleymanov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

    Qeyd edək ki, hadisə 2022-ci il dekabrın 14-ü baş verib. Zaur Süleymanov həyat yoldaşı Aytən Süleymanova ilə yaşadıqları evdə mübahisə edib və ona bıçaqla çoxsaylı xəsarətlər yetirib. Aytən Süleymanovanın həyatını xilas etmək mümkün olub.

    Təqsirləndirilən Zaur Süleymanova Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.


    SON XƏBƏRLƏR

    30 Mart 2025