• Bakı 15° C

    1.88 m/s

  • USD - 1.7

    EUR - 1.84

    RUB - 2.0443

PKK ilə əməkdaşlıq edən isveçli "jurnalist" həbs olundu

DÜNYA

30 Mart 2025 | 18:02

PKK ilə əməkdaşlıq edən isveçli jurnalist həbs olundu

PKK terror təşkilatı üçün Türkiyədə fəaliyyət göstərən isveçli “jurnalist” Kaj Joakim Medin “Prezidentə təhqir” və “silahlı terror təşkilatına üzv olmaq” maddələri ilə həbs olunub.

Bakıvaxtı.az  “Yeni Şafak”a istinadən xəbər verir ki, o, 2023-cü ilin yanvarın 11-də İsveçin Stokholm şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın maketini asıb. Yanvarın 13-ə Kaj Joakim Medin haqqında istintaq başladılıb.

İstintaq çərçivəsində Medin də daxil olmaqla 15 nəfər şübhəli şəxs saxlanılıb.

İsveçli "jurnalist"in dünən bir müddət əvvəl İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrem İmamoğlunun həbsindən sonra başlayan aksiyaları işıqlandırmaq üçün İstanbula getdiyi müəyyənləşib. O, dərhal saxlanılıb. Sonra isə həbs olunub.


SON XƏBƏRLƏR