Malayziyanın “Petronas” dövlət enerji şirkətinin istismarında olan qaz kəmərində baş verən yanğın nəticəsində ümumilikdə 112 nəfər xəsarət alıb.
Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə yerli polis orqanları məlumat verib.
Onlardan 63 nəfəri xəstəxanaya yerləşdirilib. Bundan başqa, ən azı 49 evə ziyan dəyib.
Baş nazir Ənvər İbrahim ştat hakimiyyətinə zərərçəkənlərə yardım göstərilməsi ilə bağlı tapşırıq verib.
***
11:07
Malayziyanın “Petronas” dövlət enerji şirkətinin istismarında olan qaz kəmərində baş verən yanğın nəticəsində ölkənin paytaxtı Kuala Lumpur ətrafında 33 nəfər xəsarət alıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Onlardan altısı xəstəxanaya yerləşdirilib.
Yanğın təxminən 500 metr uzunluğunda boru kəmərində qaz sızması səbəbindən baş verib.
Yanğının nəticələrinin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.