• Bakı 14° C

    2.48 m/s

  • USD - 1.7

    EUR - 1.9334

    RUB - 2.0684

İmamoğlunun həbsxanadan İLK FOTOSU

DÜNYA

01 May 2025 | 01:07

İmamoğlunun həbsxanadan İLK FOTOSU

Martın 23-dən həbsdə olan İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun həbsxanadan ilk fotosu yayımlanıb. 

Bakıvaxtı.az xəbər verir ki, fotonu İmamoğlu sosial şəbəkə hesabında paylaşıb. O, şəklə "Ailə sülh, güvən, xoşbəxtlikdir. Ailə müqəddəsdir" sözlərini yazıb.

Foto Silivridəki Mərmərə Həbsxanasında saxlanılan Əkrəm İmamoğlunun ailəsi ilə açıq görüşündə çəkilib. Şəkildə İmamoğlunun həyat yoldaşı Dilek İmamoğlu, böyük oğlu Mehmet Səlim İmamoğlu və qızı Beren İmamoğlu, anası Həvva İmamoğlu, atası Həsən İmamoğlu və bacısı Neslihan Yakupçebioğlu yer alıb.

Qeyd edək ki, İmamoğlu 43 gündür Mərmərə Həbsxanasında saxlanılır. İmamoğlunun komandası, İstanbul Böyükşəhər Bələdiyyəsində çalışan yüksək səviyyəli rəhbərlər və bələdiyyə sədrləri də eyni istintaq çərçivəsində həbsxanada saxlanılır.

 


SON XƏBƏRLƏR

30 Aprel 2025