• Bakı 13° C

    5.24 m/s

  • USD - 1.7

    EUR - 1.8346

    RUB - 2.0118

BAYRAQDAR MEDİA 4 yaşında

MEDİA

01 Aprel 2025 | 12:38

BAYRAQDAR MEDİA 4 yaşında

Bu gün BAYRAQDAR MEDİA-nın fəaliyyətə başlamasından 4 il ötür.

Bakıvaxtı.az xəbər verir ki, BAYRAQDAR MEDİA rəsmi olaraq 1 aprel 2021-ci ildən bayraqdar.info adı altında fəaliyyətə başlamış onlayn media resursudur. Şüarı: “Hər zaman öndə!”

BAYRAQDAR MEDİA 2008-ci ilin oktyabrından fəaliyyətə başlayıı və türk dünyasından tərcüməsiz xəbər və yazılar yaymaqla geniş auditoriya toplamış yalquzaq.com saytının (qəzetinin) varisi olaraq eyni məqsədləri hədəfləyir.

Əsasən xəbər ağırlıqlı resursun media siyasəti “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları” çərçivəsində gerçəkləşdirilir. İctimai-siyasi xəbər ağırlıqlı resursda mədəniyyət, ədəbiyyat, iqtisadiyyat, diplomatiya, ekologiya və s. də daxil olmaqla geniş əhatəli xəbərçilik gerçəkləşdirilir. Keyfiyyəti operativliyə qurban verməmək prinsipilə işləyən BAYRAQDAR MEDİA kənar müəlliflərə də açıqdır.

BAYRAQDAR MEDİA eyni zamanda türk dünyasına özəl diqqətimizlə fərqlənməyi hədəfləyib.

Bakıvaxtı.az-ın kollektivi BAYRAQDAR MEDİA-dakı həmkarlarını təbrik edir, yeni yaradıcılıq uğurları arzulayır.


SON XƏBƏRLƏR