• Bakı 13° C

    5.24 m/s

  • USD - 1.7

    EUR - 1.8346

    RUB - 2.0118

Standartlaşdırma üzrə sənədlərin yoxlanılması ilə bağlı MÜHÜM XƏBƏR

CƏMİYYƏT

01 Aprel 2025 | 12:22

Standartlaşdırma üzrə sənədlərin yoxlanılması ilə bağlı MÜHÜM XƏBƏR

Milli standartlaşdırma qurumu, səlahiyyətinə standartlaşdırma obyektləri daxil olan dövlət orqanları (qurumları) və standartlaşdırma üzrə texniki komitələr 5 ildən gec olmayaraq standartlaşdırma üzrə normativ sənədlərin yoxlanılmasını həyata keçirməlidirlər.

Bakıvaxtı.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Mövcud qanunvericiliyə əsasən, sözügedən yoxlamalar hər il keçirilir.

Bundan əlavə, qanuna əsasən, texniki şərtlər müvafiq sahədə dövlət standartı və ya Azərbaycanda birbaşa tətbiq olunan beynəlxalq, regional, dövlətlərarası və xarici dövlət standartları olmadığı təqdirdə və ya təsərrüfat subyekti tərəfindən müəyyən edilmiş yeni texniki həllərin istifadəsini təmin etmək məqsədilə təsərrüfat subyektləri tərəfindən işlənib hazırlanır. Texniki şərtlər qəbul edildiyi tarixdən 1 (bir) ay müddətində milli standartlaşdırma qurumuna göndərilir.

Təklif edilən dəyişikliyə əsasən, milli standartlaşdırma qurumu texniki şərt daxil olduğu gündən 15 iş günü müddətində onun bu qanunun və müvafiq sahədə mövcud olan texniki reqlamentlərin tələblərinə uyğun olmaması barədə rəyi təsərrüfat subyektinə təqdim etmədikdə həmin texniki şərt təsərrüfat subyekti tərəfindən istifadə edilə biləcək.

Mövcud qanunvericiliyə görə, sözügedən müddət 15 gündür.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Mina Mikayılova


SON XƏBƏRLƏR