• Bakı 8° C

    10.25 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Nazir iki şöbə müdirini işdən çıxartdı

HADİSƏ

01 Aprel 2025 | 11:55

Nazir iki şöbə müdirini işdən çıxartdı

Müdafiə Sənayesi Nazirliyində kadr dəyişikliyi olub.

Bakıvaxtı.az Teleqraf-a istinadən xəbər verir ki, müdafiə sənayesi naziri Vüqar Mustafayev əmr ilə qurumun iki şöbə müdiri vəzifəsindən azad olunub.

Bunlar nazirliyin Hüquq şöbəsinin müdiri İsmayıl İbrahim oğlu Kərimov və Maliyyə və uçot şöbəsinin müdiri Nadim Buludxan oğlu Bayramovdur. Onların yerinə yeni təyinat olmayıb.

Hazırda Hüquq şöbəsi müdirinin səlahiyyətlərini müdir müavini Züleyxa Qafarova, Maliyyə və uçot şöbəsi müdiri vəzifəsini isə həmin strukturda müavin olan Səbinə Mustafayeva icra edir.

Nazir V.Mustafayevin əmri ilə Aslanov Azad Ramiz oğlu isə Müdafiə Sənayesi Nazirliyinin Kadrlar şöbəsinin müdiri təyin olunub. Bu vəzifə xeyli müddətdir boş idi.

Qeyd edək ki, işdən çıxarılan İsmayıl Kərimov və Nadim Bayramovu 2019-cu ilin iyul ayında o zaman müdafiə sənayesi naziri olan Mədət Quliyev vəzifəyə təyin etmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026