• Bakı 31° C

    6.36 m/s

  • USD - 1.7

    EUR - 1.9844

    RUB - 2.125

Apreldə 4 nəfər zəhərlənmədən ölüb

HADİSƏ

01 May 2025 | 09:02

Apreldə 4 nəfər zəhərlənmədən ölüb

Aprel ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 82 nəfər qəbul edilib.

Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq Klinik Tibbi Mərkəzdən məlumat verilib.

Bildirilib ki, şöbəyə qəbul edilən xəstələrdən 24 nəfər dərmandan, 34 nəfər sirkə turşusundan, 1-i spirtli içkidən, 6-sı ilan sancmasından zəhərlənən şəxslərdir.

Həmçinin qeyd olunub ki, onlardan 4 nəfər dəm qazından, 5 nəfər allergik reaksiyadan, 4 nəfər botulizmdən, 1 nəfər anafilaktik şok, 1 nəfər yandırıcı məhluldan, 1 nəfər neft məhlulundan, 1 nəfər yabanı bitkilərdən zəhərlənmə səbəbi ilə şöbəyə yerləşdirilib.

"Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 4 nəfər (3 kişi cinsli, 1 qadın cinsli) dünyasını dəyişib. Ölüm halları sirkə turşusu və dərman zəhərlənmələrindən qeydə alınıb",- deyə məlumatda bildirilib.

Mina Mikayılova


SON XƏBƏRLƏR

07 Avqust 2025