• Bakı 13° C

    5.24 m/s

  • USD - 1.7

    EUR - 1.8346

    RUB - 2.0118

Ermənistan KTMT-yə üzvlük haqqını ödəməkdən imtina edir

SİYASƏT

01 Aprel 2025 | 11:49

Ermənistan KTMT-yə üzvlük haqqını ödəməkdən imtina edir

Ermənistan "KTMT-nin 2024-cü il büdcəsi haqqında" qərarı imzalamaqdan imtina edib və təşkilatın fəaliyyətinin maliyyələşdirilməsində iştirak etməyəcək.

Bakıvaxtı.az "Armenpress"ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi  bəyanat yayıb.

Bəyanata əsasən, Ermənistan tərəfi KTMT Katibliyinə "KTMT-nin 2024-cü il büdcəsi haqqında" qərarı imzalamadığı və müvafiq olaraq təşkilatın fəaliyyətinin maliyyələşdirilməsində iştirak etməyəcəyi barədə rəsmi məlumat verib.

Eyni zamanda XİN-dən vurğulanıb ki, KTMT-nin daxili prosedurlarına əsasən, illik büdcə haqqında məlumat ictimaiyyətə açıqlanmır.

Xatırladaq ki, Ermənistan ötən ilin mayında təşkilatın 2024-cü il büdcəsini maliyyələşdirməkdən imtina etdiyini rəsmən elan edib. Buna baxmayaraq, KTMT nümayəndələri 2025-ci il üçün ianə məbləğinin yenə də hesablanacağını bildiriblər.

Gülşən Şərif


SON XƏBƏRLƏR