• Bakı 13° C

    5.24 m/s

  • USD - 1.7

    EUR - 1.8346

    RUB - 2.0118

Bu çiçəyi qoparan 244 min cərimə ödəyəcək

DÜNYA

01 Aprel 2025 | 11:31

Bu çiçəyi qoparan 244 min cərimə ödəyəcək

Türkiyədə "Ağlayan Gəlin" kimi tanınan tərs lalələri qoparanlar cərimələnəcək. 

Bakıvaxtı.az
bu barədə Türkiyə mediasına istinadla xəbər verir.

Məlumata görə, bu çiçəyin nəsli kəsilmək üzrə olduğu üçün onu qoparmaq və ya zədələmək 244 min 315 lirə (təxminən 14 min manat) cərimə ilə nəticələnir.

Bu nadir çiçək təkcə Elazığda deyil, Tunceli, Bingöl, Diyarbakır, Adıyaman, Hakkari, Van, Şanlıurfa, Şırnak və Muş bölgələrində də rast gəlinir. Ancaq yalnız 20 gün ömrü olan bu bitkiyə nəzarətsiz müdaxilə onun nəsli kəsilmə təhlükəsini artırır.

Yerli sakinlər və fermerlər tərs lələlərin çoxalması üçün toxumlarını ətrafa səpərək onun qorunmasına töhfə verməyə çalışırlar. Mütəxəssislər isə bu endemik bitkinin qorunması üçün əhalini və turistləri daha diqqətli olmağa çağırır.

Nuriyyə Musayeva


SON XƏBƏRLƏR