Ucarda baş verən qəzada bir ailənin 3 üzvü xəsarət alıb.
Bakıvaxtı.az apa-ya istinadla xəbər verir kİ, hadisə rayonun Müsüslü kəndində qeydə alınıb.
"Mercedes" və "VAZ 21 06" markalı minik avtomobillərinin kənd yolunda toqquşması nəticəsində 1993-cü il təvəllüdlü Gərayeva Ülviyyə Elman qızı, 2016-cı il təvəllüdlü Gərayeva Zəhra Cəmil qızı və sürücü - 1991-ci il təvəllüdlü Gərayev Cəmil Ədalət oğlu xəsarət alıb.
***
18:33
Ucarda xəsarətlə nəticələnən yol qəzası baş verib.
Bakıvaxtı.az apa-ya istinadla xəbər verir ki, hadisə rayonun Müsüslü kəndində qeydə alınıb.
"Mercedes" və "VAZ 21 06" markalı minik avtomobilləri kənd yolunda toqquşub. Nəticədə 2 nəfər müxtəlif xəsarətlərlə rayon xəstəxanasına yerləşdirilib.
Fakt araşdırılır.