• Bakı 12° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Qazaxda narkokuryerlər saxlanıldılar

HADİSƏ

30 Mart 2025 | 15:25

Qazaxda narkokuryerlər saxlanıldılar

Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkokuryerlik edən Rövşən Əliyev və Valeh Valehov saxlanılıblar.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan Bakıvaxtı.az-a bildirilib

Məlumata görə, onlardan 2 kiloqrama yaxın marixuana, metamfetamin və heroin aşkar edilərək götürülüb. Saxlanılan şəxslər qazanc əldə etmək məqsədi ilə narkokuryerlik etdiklərini bildiriblər.

Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.


Qazaxda narkokuryerlər saxlanıldılarQazaxda narkokuryerlər saxlanıldılar
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026