• Bakı C

    3.37 m/s

  • USD - 1.7

    EUR - 1.9335

    RUB - 2.0591

Sumqayıtda qadın ərini bıçaqladı - YENİLƏNİB

HADİSƏ

29 Aprel 2025 | 13:37

Sumqayıtda qadın ərini bıçaqladı - YENİLƏNİB

Sumqayıtda ərini bıçaqlayan qadın polis əməkdaşları tərəfindən saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, “Report”un əldə etdiyi məlumata görə, ərini bıçaqlamaqda şübhəli bilinən 1987-ci il təvəllüdlü Rəmziyyə İmanova şübhəli şəxs qismində tutulub.

Sumqayıt Tibb Mərkəzindən isə “Report”un yerli bürosuna bildirilib ki, 1988-ci il təvəllüdlü şəxs (kişi) aprelin 28-də saat 10:00 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Yardım Xəstəxanasına hospitalizasiya olunub.

Döş qəfəsinin orta səthinin boşluğa keçməyən kəsilmiş-deşilmiş yarası diaqnozu təyin edilən şəxsə zəruri tibbi yardım göstərilib.

Qeyd edək ki, 1987-ci il təvəllüdlü Rəmziyyə Becan qızı İmanova ailə münaqişəsi zəminində həyat yoldaşı, 1988-ci il təvəllüdlü Vüsal Kərimbala oğlu İmanova bıçaqla xəsarət yetirib.

Yaralı dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

***

09:19

Sumqayıtda 38 yaşlı qadın ərini bıçaqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb.

1987-ci il təvəllüdlü Rəmziyyə Becan qızı İmanova ailə münaqişəsi zəminində həyat yoldaşı, 1988-ci il təvəllüdlü Vüsal Kərimbala oğlu İmanova bıçaqla xəsarət yetirib.

Yaralı dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR

28 Aprel 2025