• Bakı 10° C

    2.5 m/s

  • USD - 1.7

    EUR - 1.9345

    RUB - 2.0578

Yarım milyon manata yaxın pulu mənimsəməyən şəxslərlə bağlı QƏRAR

HADİSƏ

29 Aprel 2025 | 10:14

Yarım milyon manata yaxın pulu mənimsəməyən şəxslərlə bağlı QƏRAR

“Premium Bank”ın 461 min manatını mənimsəməkdə təqsirləndirilən bankın sabiq filial müdiri Nəzakət Məmmədxanova və həmin filialın baş xəzinadarı Samirə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Nəzakət Məmmədxanova 7 il, Samirə Əliyeva 2 il sınaq müddəti olmaqla şərti azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Təqsirləndirilən Nəzakət Məmmədxanova məhkəmə zalında həbs edilb.

Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan istintaqla müəyyən edilib ki, “Premium Bank” ASC-də filial müdiri işləyən Məmmədxanova Nəzakət Şərəf qızı ötən ilin may ayının 8-dən 23-ü tarixinə kimi işlədiyi 5 saylı filialın 461 min 170 manat pulunu qulluq mövqeyindən istifadə edərək mənimsəyib.

Ona bu işdə həmin filialın baş xəzinədarı işləyən Əliyeva Samirə Novruz qızı kömək edib. O, 32 mədaxil qəbzi əsasında 461 min 170 manat pulu bankda olan Nəzakət Məmmədxanovaya məxsus hesab nömrəsindən “M10” proqram təminatında istifadəsində olan mobil nömrə vasitəsilə ayrı-ayrı şəxslərdən kriptovalyuta alaraq internet üzərindən kritovalyuta alqı-satqısının həyata keçirildiyi “Binance.com” internet saytında onun hesabına yerləşdirib.
Onlar barəsində Cinayət Məcəlləsinin 179.3.2 (Mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 308.2(Vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Cinayət işində “Premium Bank” zərərçəkmiş qismində tanınır.


SON XƏBƏRLƏR

28 Aprel 2025