• Bakı C

    3.37 m/s

  • USD - 1.7

    EUR - 1.9335

    RUB - 2.0591

Kiberdələduzlar İŞ BAŞINDA: 12 min manat oğurlandı

HADİSƏ

29 Aprel 2025 | 10:17

Kiberdələduzlar İŞ BAŞINDA: 12 min manat oğurlandı

Ötən gün vətəndaşların bank kartından 10 min manatdan çox pul oğurlanıb.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır. Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar. Aprelin 28-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 3514, 1500, 1200, 1100, 1000, 930, 786, 743, 640, 393, 240, 200, 83 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.

    Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var.


    SON XƏBƏRLƏR

    28 Aprel 2025