• Bakı 15° C

    1.88 m/s

  • USD - 1.7

    EUR - 1.84

    RUB - 2.0443

Məşhur aktyor vəfat etdi

DÜNYA

30 Mart 2025 | 18:25

Məşhur aktyor vəfat etdi

Amerikalı aktyor, "Qızıl qlobus" mükafatı laureatı Riçard Çemberlen vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Variety" jurnalı məlumat yayıb.

    Aktyor martın 29-da 90 yaşında ürəktutmasından vəfat edib.

    Aktyorun karyerası 1960-cı illərdə başlayıb. Çemberlen həyatı boyu televiziya seriallarındakı rollarına görə üç dəfə “Qızıl Qlobus” mükafatına layiq görülüb. O, "Musiqi həvəskarları" (1971), "Üç muşketyor" (1973), "Kral Süleymanın mədənləri" (1985) və "Şoqun" (1980) və "Tikanlı quşlar" (1983) seriallarında rolları ilə diqqət çəkib.


    SON XƏBƏRLƏR