İran Məclisi (birpalatalı parlament) ölkənin yollar və şəhərsalma naziri Farzana Sadeqə qarşı impiçment proseduru başladıb.
Bakıvaxtı.az “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumatı İran parlamentinin üzvü Məhəmməd Manan Raisi açıqlayıb.
Onun sözlərinə görə, nazirə qarşı impiçment ölkənin cənubunda Şəhid Rəcai limanında partlayışa səbəb olan səhlənkarlıqla bağlı başlayıb.
Deputat, həmçinin qeyd edib ki, hazırda impiçmentin lehinə 40 imza toplanıb: “Lakin son məlumatlara əsasən, səslərin sayı artacaq”.
Xatırladaq ki, aprelin 26-da İranın Bəndər-Abbas şəhərində Şəhid Rəcai limanında güclü partlayış baş verib. Həmin günün axşamı limanda təkrar partlayışlar qeydə alınıb. Hadisə nəticəsində 70 nəfər həlak olub.
İranın daxili işlər naziri Eskander Momeninin sözlərinə görə, limanda lazımi ehtiyat tədbirlərinin görülməməsi partlayışa səbəb olub.