• Bakı 15° C

    1.88 m/s

  • USD - 1.7

    EUR - 1.84

    RUB - 2.0443

İstanbulda keçirilən aksiyalarda bugünədək 268 nəfər həbs olundu

DÜNYA

30 Mart 2025 | 17:41

İstanbulda keçirilən aksiyalarda bugünədək 268 nəfər həbs olundu

İstanbulda Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun həbsindən sonra Türkiyədə keçirilən icazəsiz aksiyalarda indiyə kimi 268 nəfər həbs olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Saxlanılanların dəqiq sayı isə hələ məlum deyil. 

Qeyd edək ki, martın 19-dan etibarən Türkiyənin müxtəlif şəhərlərində müxalifətin İmamoğluna dəstək məqsədilə mitinqləri və nümayişləri keçirilib. Aksiyalar xüsusilə İstanbul və Ankara şəhərlərini əhatə edib.


SON XƏBƏRLƏR