Bir il yaşıl meydanlardan uzaq qalan Avstriya millisinin məşhur futbolçusu David Alaba zədəsini tam sağaldıb.
Bakıvaxtı.az "Marca"ya istinadən xəbər verir ki, İspaniyanın "Real" klubunda çıxış edən 32 yaşlı müdafiəçi sabah komanda ilə birlikdə məşqlərə qoşulacaq.
Oyunçu ötən ilin dekabrından çarpaz bağlarından zədə aldığı üçün uzun müddət meydana çıxa bilməyib.
Qeyd edək ki, Karlo Ançelottinin baş məşqçisi olduğu komanda La Liqanın XII turundan təxirə salınmış oyunda "Valensiya"nın qonağı olacaq. Qarşılaşma yanvarın 3-də, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.