• Bakı 12° C

    4.75 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

"Qarabağ"ı məğlub etsəniz, böyük bonus qazanacaqsınız - "Olimpiakos"un prezidenti

İDMAN

28 Yanvar 2025 | 09:33

Qarabağı məğlub etsəniz, böyük bonus qazanacaqsınız - Olimpiakosun prezidenti

Yunanıstanın "Olimpiakos" klubunun futbolçuları UEFA Avropa Liqasının Liqa mərhələsinin VIII turunda "Qarabağ"a qalib gələcəkləri təqdirdə böyük məbləğdə mükafat qazanacaqlar.

Bakıvaxtı.az yerli "SDNA" nəşrinə istinadən xəbər verir ki, bu barədə Pirey təmsilçisinin prezidenti Evangelos Marinakis ölkə çempionatının XX turunda “Panatinaikos”la oyundan (2:2) sonra komanda ilə danışarkən məlumat verib.

O, derbidə hakim qərarlarına görə qalibiyyət əldə edə bilmədiklərini də söyləyib:

"10 nəfər qalanda da rəqibdən üstün idik. Bəlkə də bir çoxunuz yorulmusunuz. Amma bilirsiniz ki, cümə axşamı baş tutacaq matç mənim və azarkeşlərimiz üçün çox şey deməkdir. "Qarabağ"ı məğlub etsəniz, böyük bonus qazanacaqsınız. Bütün gücünüzü verməlisiniz, siz ən yaxşısınız".

Qeyd edək ki, yanvarın 30-da keçiriləcək "Olimpiakos" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.


SON XƏBƏRLƏR

18 Aprel 2025