• Bakı 24° C

    6.06 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Ronaldo matçda etdiyi hərəkətlə gündəm oldu - VİDEO

İDMAN

27 Fevral 2025 | 01:00 | Müəllif: Subhan Mahmudov

Ronaldo matçda etdiyi hərəkətlə gündəm oldu - VİDEO

Portuqaliya millisinin və "Əl-Nəsr"in ulduz futbolçusu Kriştiano Ronaldo, Səudiyyə Ərəbistanı çempionatının 22-ci turunda "Əl-Vahda" ilə matçda etdiyi jestlə diqqət çəkib.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, oyunun 99-cu dəqiqəsində penalti qazanan Ronaldo, onu özü vurmaq əvəzinə, komanda yoldaşı Sadio Maneyə buraxıb.

Karyerasında qol rekordunu davam etdirməsinə baxmayaraq, ulduz futbolçu son 9 oyunda qol vura bilməyən Maneyə dəstək verməyi üstün tutub.

Ronaldo-nun bu nəcib hərəkəti futbolsevərlər tərəfindən böyük rəğbətlə qarşılanıb və qısa zamanda sosial şəbəkələrdə gündəm olub.

Qeyd edək ki, qarşılaşmanın 48-ci dəqiqəsində Ronaldo "Əl-Nəsr"in ilk, karyerasının isə 925-ci qolunu vurub


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026