Basketbol üzrə Azərbaycan Kubokunda ilk finalçı bəlli olub.
Bakıvaxtı.az-ın məlumatına görə, yarımfinal mərhələsinin birinci oyununda NTD "Neftçi"ni məğlub edib.
Komanda rəqibini 88:83 hesabı ilə üstələyib.
Saat 19:00-da ikinci yarımfinal matçında "Naxçıvan" "Gəncə" ilə üz-üzə gələcək.
Qeyd edək ki, final oyunu martın 30-da keçiriləcək. Ötən mövsüm "Neftçi" bu titulun sahibi olub.