• Bakı 9° C

    5.52 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Premyer Liqa: "Qarabağ" səfərdə "Turan Tovuz"a qalib gəldi

İDMAN

28 Mart 2025 | 21:41

Premyer Liqa: "Qarabağ" səfərdə "Turan Tovuz"a qalib gəldi

"Qarabağ" Misli Premyer Liqasının XXVIII turunun açılış oyununda "Turan Tovuz"a qalib gəlib.

Bakıvaxtı.az xəbər verir ki, Tovuz şəhər stadionunda baş tutan matçda qonaqlar 4:1 hesablı qələbəyə seviniblər.

Ağdam təmsilçisinin heyətində Kadi Borqes (16 p, 84) Nəriman Axundzadə (32) və Aleksey Kaşuk (90+1) fərqləniblər. Meydan sahiblərinin yeganə qolunu isə Aleks Souza (30) vurub.

"Köhlən atlar" 28 turdan sonra 67 xalla liderdir. Tovuz klubu 43 xalla dördüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, XXVIII tura martın 30-da yekun vurulacaq


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026