• Bakı 15° C

    4.5 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Kadi “Turan-Tovuz”un qapıçısından üzr istədi

İDMAN

28 Mart 2025 | 23:51

Kadi “Turan-Tovuz”un qapıçısından üzr istədi

Premyer Liqanın 28-ci turunda “Qarabağ”a qarşı keçirilən oyunda (1:4) “Turan Tovuz”un qapıçısı İvan Konovalovla Kadi Borges arasında mübahisə yaşanıb. 

Bakıvaxtı.az xəbər verir ki, oyundan sonra jurnalistlərə açıqlamasında rusiyalı qolkiper bu barədə geniş danışmaq istəmədiyini söyləyib. 

“Kadi penaltidən hesabı açdıqdan sonra sizə nə dedi ki, insident yaşandı?” sualına cavabında Konovalov deyib: “Bu, ikimiz arasında olan məsələdir. O, daha sonra hərəkətinə görə üzr istədi. Odur ki, bu məsələni müzakirə etməyə dəyməz. O dedi, mən dedim, daha sonra yaxınlaşdı və sözlərinə görə üzrxahlıq etdi”.

 


SON XƏBƏRLƏR

30 Mart 2025