• Bakı 20° C

    8.67 m/s

  • USD - 1.7

    EUR - 1.9044

    RUB - 2.125

Bakıda dünya çempionatında hər mükafatçı üçün 25 medal hazırlanıb

İDMAN

28 Mart 2025 | 14:05

Bakıda dünya çempionatında hər mükafatçı üçün 25 medal hazırlanıb

Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatında hər mükafatçı üçün 25 medal hazırlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Report-a Azərbaycan Minifutbol Federasiyasının baş katibi Orxan Hüseynov məlumat verib.

O, yarışa görə ərsəyə gələn mükafatlar haqqında danışıb:

"Medallar ölkəmizdə, “Azərsuvenir” tərəfindən hazırlanıb. Çəkisi tam yadımda qalmayıb. Diametri 8 sm-dir. Dünya Minifutbol Federasiyasının normativinə əsasən belədir. Hər əyardan 25 ədəddir. Beynəlxalq qurum minimum bu qədər olmasını istəyib. Amma komandalardan hansısa istəsə, yenidən sifariş verə bilərik".

Dünya çempionatı mayın 22-dən iyunun 1-dək keçiriləcək. Oyunlar Milli Gimnastika Arenasında olacaq.


SON XƏBƏRLƏR

17 May 2025