• Bakı 13° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Tovuz şəhər stadionunda əsas korpus binasının açılışı oldu 

İDMAN

28 Mart 2025 | 17:22

Tovuz şəhər stadionunda əsas korpus binasının açılışı oldu 

Tovuz şəhər stadionunda inşa olunan əsas korpus binasının açılış mərasimi keçirilib.

Bakıvaxtı.az-ın məlumatına görə,  tədbirdə Tovuz Rayon İcra Hakimiyyətinin, AFFA-nın, PFL-in rəhbərliyi və futbol ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Binanın təməli 2023-cü ilin iyul ayında qoyulub. Binanın ümumi sahəsi 3 min kvadrat metrdən çoxdur. Dörd mərtəbədən ibarət olan binada 30 otaq var. Burada fitnes zalı, toplantı, həkim və fizioterapiya otaqları ilə yanaşı, məşqçilər, həkimlər və inzibati işçilər üçün ayrıca otaqlar ayrılıb. Futbolçuların asudə vaxtlarını maraqlı keçirmələri üçün stolüstü tennis, bilyard, videooyun avadanlıqları ilə təmin olunmuş geniş istirahət guşəsi yaradılıb. Bütün otaqlar ən müasir və zəruri avadanlıqlarla təchiz edilib. Bina ümumilikdə əsas komandanın sərəncamında olacaq.


SON XƏBƏRLƏR

30 Mart 2025