• Bakı 12° C

    6.45 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

"Liverpul"un baş məşqçisi cəzalandırıldı

İDMAN

26 Fevral 2025 | 17:43

"Liverpul"un baş məşqçisi cəzalandırıldı

İngiltərənin “Liverpul” klubunun baş məşqçisi Arne Slot iki oyunluq cəzalandırılıb.

Bakıvaxtı.az İngiltərə Futbol Assosiasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, buna mütəxəssisin Premyer Liqanın XXIV turunda baş tutan “Everton”la oyundan sonra hakimlərə qarşı nalayiq davranış sərgiləməsi və təhqiramiz ifadələr işlətməsi səbəb olub.

Matçın final fitindən sonra qırmızı vərəqə ilə cəzalandırılan məşqçi həmçinin 80 min avro cərimələnib.

Qeyd edək ki, A.Slot bu gün qarşılaşacaqları “Nyukasl”la XXVII turun matçı ilə yanaşı, növbəti həftə “Sauthempton”la görüşdə də texniki zonada yer almayacaq. Hazırda “Liverpul” 64 xalla turnir cədvəlinə başçılıq edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026