• Bakı 17° C

    5.95 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

"Qarabağ" bu gün "Turan Tovuz"la üz-üzə gələcək

İDMAN

28 Mart 2025 | 09:06

Qarabağ bu gün Turan Tovuzla üz-üzə gələcək

"Qarabağ" Misli Premyer Liqasında bu gün səfərdə "Turan Tovuz"la üz-üzə gələcək.

Bakıvaxtı.az xəbər verir ki, IV dövrənin və XXVIII turun açılış oyunu saat 19:30-da start götürəcək.

Matçı Cavid Cəlilovun başçılıq etdiyi hakimlər briqadası idarə edəcək. Ağdam təmsilçisi 27 turdan sonra 64 xalla liderdir. Tovuz klubu 43 xalla dördüncü pillədə qərarlaşıb.

Misli Premyer Liqası, IV dövrə

XXVIII tur

19:30. “Turan Tovuz” – “Qarabağ”
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Əli Əliyev
VAR: Rauf Allahverdiyev
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Elman Musayev
Tovuz şəhər stadionu

Qeyd edək ki, XXVIII tura martın 30-da yekun vurulacaq.


SON XƏBƏRLƏR

30 Mart 2025