• Bakı 8° C

    0.18 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Antoninin qırmızı vərəqəsi ləğv olundu

İDMAN

26 Fevral 2025 | 21:34 | Müəllif: Subhan Mahmudov

Antoninin qırmızı vərəqəsi ləğv olundu

Betis"in futbolçusu Antoninin qırmızı vərəqəsi ləğv olunub.

Bakıvaxtı.az xəbər verir ki, o, İspaniya La Liqasının növbəti turunda "Real"a qarşı forma geyinə biləcək.

25 yaşlı hücumçu 25-ci turda "Xetafe" ilə qarşılaşmanın son dəqiqələrində meydandan qovulub. La Liqada aparılan araşdırmadan sonra qırmızı vərəqənin ləğvinə qərar verilib. "Mançester Yunayted"dən icarəyə götürlən futbolçu 2:1 hesabı ilə başa çatan görüşdə bir ötürmə ilə yadda qalıb. Antoni növbəti turda "Real"a qarşı oyunda komandasına kömək edə biləcək.

Qeyd edək ki, braziliyalı forvard "Betis"in heyətində 6 oyunda 3 qol və 2 ötürmə verib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR