• Bakı 12° C

    6.45 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Juninyonun bəxtsizliyi

İDMAN

26 Fevral 2025 | 23:45 | Müəllif: Subhan Mahmudov

Juninyonun bəxtsizliyi

"Qarabağ"ın sabiq hücumçusu Juninyo hələ də yaşıl meydanlardan kənardadır. O, yeni komandası "Flamenqo"ya uyğunlaşmağa başlayar-başlamaz zədə alıb.

Bakıvaxtı.az xəbər verir ki, 28 yaşlı hücumçu fevralın 12-si Karioka liqasında "Botafoqo" ilə matçda budundan zədələnib. Bu səbəbdən komandasının sonrakı 2 matçını buraxmaq məcburiyyətində də qalıb. 

Bir müddətdir futbolçu zədəsini sağaltmaqla məşğuldur. Braziliya mətbuatının yazdığına görə, Juninyo bu həftənin şənbə günü "Vasko" komandasına qarşı keçiriləcək kubokun yarımfinal mərhələsinin ilk oyununu da buraxmalı olacaq. Onun nə zaman oyunlara çıxacağı hələ qətiləşməyib.

Hələlik isə müalicəsini davam etdirən Juninyo "Flamenqo"nun bazasında hələlik fərdi qaydada yüngül məşqlərlə kifayətlənir.

Bu qış "Flamenqo"ya keçən Juninyo həmin komandanın heyətində 6 oyunda meydana çıxıb, 1 qol vurub. (qol.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026