ABŞ-nin kişi idman gimnastikası yığmasının ulduzları martın 6-9-da Bakıda keçiriləcək Dünya kubokunda çıxış edəcəklər.
Bakıvaxtı.az idman.biz-ə istinadla xəbər verir ki, Paris-2024 Olimpiadasında komanda yarışının bürünc mükafatçıları Frederik Riçard və Stiven Nedoroşik Milli Gimnastika Arenasında bacarıqlarını nümayiş etdirəcəklər.
Riçardın dünya çempionatlarından da iki bürünc mükafatı var, Nedoroşik isə Yay Oyunlarında at üzərində hərəkətlərdə üçüncü olub və 2021-ci ildə dünya çempionatında bu növdə qızıl medal qazanıb.
Qeyd edək ki, Nedoroşik həmçinin ötən il Bakıda keçirilən Dünya kubokunun qalibi olub.