• Bakı -0° C

    2.38 m/s

  • USD - 1.7

    EUR - 1.7845

    RUB - 1.97

Millimiz Avropa birinciliyindəki çıxışını başa vurdu

İDMAN

26 Fevral 2025 | 23:54

Millimiz Avropa birinciliyindəki çıxışını başa vurdu

Bu gün Antalyada keçirilən qılıncoynatma üzrə yeniyetmə və gənclərin Avropa birinciliyində gənclərin çıxışına yekun vurulub.

Bakıvaxtı.az xəbər verir ki, yeniyetmə şpaqaçı qızlardan ibarət Azərbaycan millimisi yarışda 15-ci olub.

Nəzrin Mehdiyeva, Xatun Bayramova və Mirnuray Abasovadan ibarət komandamız ilk görüşdə Finlandiya yığmasına 45:33 hesabı ilə qalib gəlib. Yığmamız 1/8 finalda Ukraynaya 23:45 hesabı ilə məğlub olub. Bundan sonra şpaqaçılarımız 9-16-cı yerlər uğrunda örüşlərdə qüvvəsini sınayıb. Təmsilçilərimiz Fransaya 37:45, İsveçrəyə isə 30:45 hesabları ilə uduzub.

Sonda komandamız 15-ci yer uğrunda görüşdə Litva yığmasını 45:32 hesabı ilə məğlub edib.

 


SON XƏBƏRLƏR

26 Fevral 2025